Aygün Kazımova Qarabağda çıxış üçün 200 min İSTƏYİB? - AÇIQLAMA

14.12.2023 22:06
740
657b44ec538b9202312230948
Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb.

AZSABAH.COM Gundem.az-a istinadən xəbər verir ki, Xalq artistinin 45 min manat özünə, 75 min manat səhnə dekoru-işığa, 85 min manat isə heyətinə ödəniş (ümumilikdə təxminən 200 min manat) tələb etdiyi iddia olunub.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb.

Təşkilatçılar iddialara aydınlıq gətirib:

“Həmin konsert proqramında Aygün Kazımova iştirak etməyəcək. Tanınmışlardan Abbas Bağırov və başqaları çıxış edəcək. Digər məsələ haqqında bir söz deyə bilmərik”.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova zənglərimizə cavab verməyib.