Aygün Bəylərin xərçəngə tutulmasına səbəb olan hadisə bu imiş... - "Kepkalı" qızın "Günəşli" faciəsi / VİDEO

08.01.2024 16:34
1429
659a422a4d4a0202401241818

Aygün "Bəylər" təxəllüsünü kimdən götürüb? Prokurorluğun pəncərəsindən özünü atan Bəylər Quliyev... Aygün Hümbətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.

 

Azsabah.com xəbər verir ki, Aygün Bəylər əvvəlcə Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının musiqi məktəbində nağara çalmağı öyrənib.

 

1988 ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhərlərə qastrol səfərləri başlayır.

26 dekabr 2023-cü ildə Heydər Əliyev Sarayında “Yaxşı ki, varsan” adlı konsert verir. Əslində, bu konsert bir neçə il öncə baş tutmalı idi. Hətta o, 2015-ci ildə öz solo konsertini təşkil etmək üçün evini girov belə qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyünə görə, baş tutmamış, nəticədə, Aygün Bəylər həmin məbləği itirmişdi. İfaçı bu hadisədən sonra yaşadığı çətinliklərin onun səhhətinə mənfi təsir etdiyini gizlətmirdi...

 

Davamı video-materialda:(Referans.az)