“Aygün Bakıya gəlir, onu müalicə edəcəm”-həkimi açıqladı

06.01.2024 22:11
558
6599987135fc1202401241409
Saytlarda yayılan qeyri-rəsmi məlumata görə əməkdar artist Aygün Bəylər dünyasını dəyişib. Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar edib. “Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq” deyə bildirib. Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.