Aydınxanın “Ər doğuş zamanı qadının yanında olmalıdır” fikirləri Şəfiqə xanımı qəzəbləndirdi

24.03.2024 11:46
723
65ffda6d7497b202403244653

Yazıçı və kulturoloq Aydınxan Əbilov və vəkil Şəfiqə Nağıyeva arasında efirdə qalmaqal yaşanıb. 


Azsabah.com xəbər verir ki, buna səbəb “Təsir dairəsi” ictimai-sosial verilişdə ekspert qismində iştirak edən kulturoloqun səsləndirdiyi “Ər doğuş zamanı qadının yanında olmalıdır” fikirləri olub. 


Bu sözləri eşidən Şəfiqə Nağıyeva əsəbiləşib. Vəkil kulturoloqun bu fikrini biabırçılıq adlandırıb:


“Sizin səsləndirdiyiniz bu fikirlər bizim mənəvi dəyərlərimizə ziddir. Qadın dünyaya uşaq gətirərkən nə əri, nə qayınanası nədəki qayınatasının bu prosesi izləməsi doğru deyil. Əksinə hamilə qadın o vəziyyətdə qayınananın yanında gəzməli deyil. Amma indi qadınlar lap pis şəkildə qarınlarını açıb, çöldə qoyur ki, hamı görsün ki, bu hamilədir. 


Həkimdən də icazə alırlar, qadının doğuşunu ailəlikcə hamı dayanıb, izləyir. Bu biabırçılıqdır! Sən, Aydınxan, Avropanın xoşagəlməz adət-ənənələrini burada təbliğatını aparma. Olmaz! Milli mənəvi dəyərlərimizi pozma. Sənin arvadın doğanda gedib yanında dayanmısan? Gedib, baxarsan arvadın necə dünyaya uşaq gətirir... Sən gedib baxarsan. Ayıbdır! Sizə deyirlər ki, gedin Azərbaycanın milli dəyərlərini pozun. Elə belə deyil bu! Ər və ya qayınata gəlib baxmalıdır ki, qadın necə dünyaya uşaq gətirir?!” 


A. Əbilov isə Ş.Nağıyevanın sözlərinə müdaxilə edərək “Söylədiklərim milli mənəvi dəyərləri pozmaq anlamına gəlmir. Uşaq hər iki valideyinin mülkiyyətidir. Uşaq dünyaya gələndə anasını da, atasını da görməlidir” fikrini çatdırıb.