Avropa ölkələri Türkiyəyə qarşı birgə HƏRƏKƏTƏ KEÇDİ - ŞOK PLAN

22.07.2021 10:06
5495

Avropa Birliyi (AB) Liviyada Türkiyəyə qarşı hərəkətə keçməyə hazırlaşır.

AZSABAH.COM Axar.az-a istinadla xəbər verir ki, bu barədə “EUobserver” nəşri məlumat yayıb.

İttifaq Türkiyənin regionda təsir qüvvəsini zəiflətmək üçün Liviyaya quru qoşunları və aviasiya qüvvələri göndərməyi planlaşdırır.

Türk ekspertlərin fikrincə, Qərb Türkiyənin Liviyadakı hərbi bazalarının ləğvi üçün Ankaraya təzyiq etməyi düşünür:

“Türkiyəni Liviyadan çıxarmaq istəyən Avropa bu ölkəni idarə edəcəyini düşünür. AB bunu Liviyanın qanuni hökuməti vasitəsilə etmək istəyir. Çünki Türkiyənin Liviyada güclü olmasının səbəbi bu ölkənin qanuni hökuməti ilə hərəkət etməsidir. Brüssel də bunun fərqindədir”.

Loading...