ATV-yə KORONAVİRUS ŞOKU: bütün işçiləri... - AÇIQLAMA

20.05.2020 16:24
180

"Karonavirusa yoluxmuş əməkdaşlarımızla təmasda olan bütün işçilərdən test üçün yaxma götürüləcək".

AzSABAH.COM xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında “Azad Azərbaycan” (ATV) televiziysının icraçı direktoru İsmayıl Həsənov bildirib:

“İki əməkdaşımızın koronavirusla bağlı testi pozitiv çıxdığı üçün, onlarla ünsiyyətdə olan əməkdaşlardan da testdən keçəcək. Digər əməkdaşlarımız hazırda iş başındadılar, heç kəs karantinə alınmayıb”.

İ. Həsənov virus Şübhəsi ilə xəstəxanaya aparılan əməkdaşların səhhətinin stabil olduğunu bildirib:

“Hər iki əməkdaşımızla mütamadi olaraq əlaqə saxlayırıq, səhhətləri yaxşıdır”.

Qeyd edək ki, ATV-nin Xəbərlər Departamentinin əməkdaşları Mahmud Rövşənoğlu və Heydər Məmmədov koronavirusa yoluxub.

 

Loading...

close
close