ATIŞMA: erməni əsgər BAŞINDAN GÜLLƏLƏNDİ

30.10.2022 14:58
3608
Ermeni
Ermənistan Silahlı Qüvvələrində xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub. Onlardan biri ölüb.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində ölüb.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub.

Faktla bağlı cinayət işi başlanıb.