Aşotun Xankəndidəki abidəsi söküldü - FOTO

03.02.2024 08:56
702
65bdc7d6a4437202402245758

Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb.

Azsabah.com xəbər verir ki, bu barədə məlumatı qapalı teleqram kanallarına istinadən “Aysor” portalı yayıb. 

“Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.