Arıqlamaq istəyi Mətanət Əsədovanı xəstə etdi- SON DURUMU

15.02.2024 00:09
357
65cd1e34c6ba6202402241028

Müğənni Mətanət Əsədovanın səhhətində problem yaranıb.


Azsabah.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, arıqlamaq istəyi onun səhhətində problemlər yaradıb:


"İstəyirəm ki, artıq çəkilərdən xilas olum, arıqlayım. Amma bunu edəndə yatağa düşürəm, zəifləyirəm və immunitetim aşağı düşür. Bu yaxınlarda xəstə düşdüm. İki ay 20 gün evdə xəstə yatdım. İstəyirdim ki, sağalım, amma yenidən xəstələnirdim və yenidən yatağa düşürdüm. Aylardır ki, efirə çıxmıram. Artıq sağaldım".


Ətraflı


M.Əsədova xəstə olduğu üçün mərhum Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin yas mərasiminə qatıla bilmədiyini deyib:


"Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin vəfat etməsi mənə çox pis təsir etdi. Mədəniyyətimiz o cür sənətkarları itirdi. Allah onlara rəhmət eləsin. Sənət camiyəsində çox dəyərli sənətkarları itirdik. Xəstəlik bir yandan, digər tərəfdən isə onların yoxluğu məni pis günə qoydu. Sual verəcəklər ki, niyə vida mərasimlərində yox idin? Cavab verim ki, xəstəlik mənə ayağa qalxıb ora getməyə aman vermədi. Mən nə gündə idim, hətta xəstə olmağım səsimdən belə bilinir. Onların hüzurunu və yasını evdə saxladım. Onların məkanları cənnət olsun".