Aparıcıya söz ATDI- "Camaata ağıl öyrədir, özü “atanşikdir”

13.12.2023 20:37
440
6579de47bb3c2202312233935

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu öz sosial şəbəkə hesabında maraqlı açıqlama verib.

AZSABAH.COM Lent.az-a istinadla xəbər verir ki, o, ad çəkmədən ictimai-sosial verilişi aparan aparıcını fırıldaqçılıqda ittiham edib. 

“Baxıram və gülməyim gəlir. İctimai-sosial verilişi aparan aparıcı insanlara ağıl verir, amma özü başqasına “pul və ev atır”. Başqası da yox, öz dostumuza. Nə deyim, vallah? Həmin aparıcı deyir ki, insanlar belə olmalıdır, belə etməlidir. Amma özü “atanşikdir”, - deyə o bildirib.