Aparıcı Zaurun banka görün NƏ QƏDƏR BORCU VAR

05.05.2020 00:24
1199

“Krediti hər kəs götürür. İndi də kreditim var. Vaxtında ödəyirəm, gecikdirmirəm. 60 min götürmüşdüm, hazırda isə 32 min qalıb. Bankdan pul götürmək normal bir haldır. Əsas məsələ odur ki, onu qaytara biləsən”.

 

Azsabah.com xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov 5/5 proqramında aparıcı Zaur Kamalın banka borcunuz varmı sualına cavabında deyib. 

 

Əkiz bacılar Sevil və Sevinc Səfərovlar da banka borclarının olduğunu etiraf edib: 

 

“Sənətə gələndən müxtəlif ehtiyaclar üçün kredit götürmüşük. Hazırda isə Xırdalandakı evimiz kreditdədir. Hələ 12 aylıq ödənişi qalıb. Təxminən 12-15 min manat ödəməliyik. 100 mindən çox qiyməti var idi”.

 

Zaur Kamal isə bankdan 20 min manat kredit götürdüyünü və hazırda 9 min manat borcu qaldığını bildirib. Axşam.az

Loading...

close
close