“Ani ehtirasa görə, xəyanəti bağışlamaq olar” - Afaq Gəncəli

03.02.2024 22:11
363
65be82412e8bd202402241321

Aparıcı Afaq Gəncəli xəyanətlə bağlı açıqlaması ilə diqqəti üzərinə çəkib.

Televiziya ulduzu bununla bağlı “Qapqara” verilişində danışıb.
Afaq bildirib ki, ani ehtirasa görə yaşanan xəyanəti bağışlaya bilər:
“Bir var göz nəfsi, ehtirası, biri də var əməl ehtirası… Əslində, mən bağışlayan insanam. Amma bağışlamağımın da çərçivəsi var. Niyə, nə üçün və hansı səbəbdən xəyanətin olduğunu bilməliyəm ki, onu da bağışlaya bilim. Yox, əgər bu xəyanət özbaşınalıqdırsa, onu bağışlamaram. 
Xəyanət bilmədən, ani olubsa, o zaman bağışlamağa səbəb axtarıb, bağışlamaq olar… Elə şeylər var ki, ona göz yumuram. Hərdən bir gözü bağlamaq lazımdır. Sabah yenidən o ani xəyanət təkrar olunsa, o zaman əlimə qılıncı alıram. Özümü düşünərək onu bağışlayıram. Özümü düşünürəm ki, oldu da…”