Anar Ağakişiyevə yüksək VƏZİFƏ VERİLDİ

12.02.2024 16:36
610
65ca10f847319202402243712

Dünyaca tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq. 


 


Azsabah.com OLAY-a istinadən məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır. Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhvəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq. 

Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir. 


Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də "Dəbin hökmü" verilişinin layihə rəhbəri və aparıcısı olub.