Almaniyada qeyri-qanuni yaşayan 4 min azərbaycanlı miqrant var.
AzSABAH.COM xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentə deputatların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu məsələ çox ciddi nəzarətdə saxlanılır:
“Adlarını demokratlar qoyanlar heç bir siyasi fəaliyyəti olmayan gənclərə saxta sənəd verirlər. Bunların hamısının siyahısı var. Onların bir qismi ekstradisiya olunub, bu istiqamətdə işlər davam etdirilir”. (Trend)