Ailəsi ilə birgə ağır qəzaya düşən Amil öldü - FOTO

14.01.2024 14:12
321
65a3b37d18b41202401241213

7 gün əvvəl İsmayıllıda ailə üzvləri ilə birgə ağır yol qəzasına düşən gənc vəfat edib.

 

Azsabah.com xəbər verir ki, rayonun Qurbanəfəndi kəndi yaxınlığında “Hyundai Tucson” markalı avtomobilin qəfil idarəetmədən çıxaraq aşması nəticəndə ağır xəsarətlər alan 22 yaşlı Amil Füzuli oğlu Alışanov Qəbələdəki xəstəxanada dünyasını dəyişib.
Onun ailə üzvləri 65 yaşlı Eldar Sadiq oğlu Osmanov və 58 yaşlı Nəcibə Eldar qızı Alışanovanın müalicəsi davam etdirilir.

Vəfat edən gəncin fotosunu təqdim edirik.

 Söyüdlüdə xuliqanlıq etmiş şəxs həbs edildi.