AĞIR İTKİ ÜZ VERDİ: məşhur sima VƏFAT ETDİ - FOTO

31.12.2022 10:34
5800
Tabut
ABŞ televiziyasının ikonası sayılan Barbara Volters 93 yaşında dünyasını dəyişib.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Dövrünə görə dünyaca məşhur siyasətçilərdən müsahibə ala bilmiş ilk qadın jurnalistlərdən olan B.Volters ABŞ-nin Nyu-York ştatında vəfat edib.

Qeyd edək ki, Barbara Volters amerikalı televiziya aparıcısı, jurnalist və yazıçı olub. B.Volters “Today” səhər verilişi və “The View” tok-şousunu, “20/20” və “ABC Evening News” axşam xəbərləri verilişlərini aparıb və “World News”un müxbiri olub.

O, 10 il aparıcılıq etdiyi NBC-nin “Today” səhər xəbərləri ilə məşhurlaşıb və sonra 25 il ABC-nin “20/20” xəbər buraxılışına aparıcılıq edib. Karyerasının sonrakı illərində o, fəaliyyətinə görə “Emmi”nin televiziya üzrə mükafatını layiq görüldüyü “The View”da aparıcı olub. 2014-cü ildə o, peşəkar karyerasını başa vurduğunu elan etsə də, 2015-ci ilin noyabrında ABC-nin “20/20” proqramında Respublikaçıların prezidentliyə namizədi Donald Tramp və onun ailəsindən müsahibə götürüb.