AĞIR İTKİ ÜZ VERDİ: məşhur sima gənc yaşında QƏFLƏTƏN VƏFAT ETDİ - FOTO

06.11.2022 10:24
8284
Tabut
Amerikalı məşhur müğənni və aktyor Aaron Çarlz Karter 34 yaşında vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "TMZ" portalı məlumat yayıb.

Məlumata əsasən, A.Karterin meyiti onun Lankaster şəhərindəki (Kaliforniya ştatı) evində tapılıb.

Müğənninin ölüm səbəbi barədə məlumat verilmir.