AĞIR İTKİ ÜZ VERDİ: Məşhur sima 41 yaşında VƏFAT ETDİ - FOTO

16.12.2022 16:53
5003
Tabut
Tatarıstanın əməkdar artisti müğənni Elmira Süleymanova 41 yaşında vəfat edib.

AZSABAH.COM xəbər verir ki, müğənninin ölüm səbəbi hələ açıqlanmayıb.

İfaçı bir neçə dəfə "Tatar mahnısı" müsabiqəsinin laureatı olub. 2018-ci ildə Tatarıstan Respublikasının əməkdar artisti adını alıb.

Süleymanovadan geriyə həyat yoldaşı və iki övladı qalıb. Sənətçi ilə vida mərasimi sabah baş tutacaq. /Kulis.az/