AĞIR İTKİ ÜZ VERDİ: Məşhur sima 47 yaşında VƏFAT ETDİ - FOTO

22.11.2022 10:00
7371
Tabut

“Fövqəltəbii” serialında Meq Masters rolunu oynayan amerikalı aktrisa Nikki Aykoks 47 yaşında vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə bazar ertəsi CNN telekanalı məlumat yayıb.

“Mənim gözəl, ağıllı, güclü və inanılmaz istedadlı gəlinim Nikki Aykoks dünən vəfat etdi...O, əsl döyüşçü idi və onu tanıyan hər kəs onu sevirdi”, - telekanal onun qohumunun feysbukdakı paylaşımından sitat gətirir.

"İlk dəfə Meg Masters rolunu oynayan gözəl Nikki Aykoksun vəfat etməsi xəbərinə görə kədərləndim. O, çox gənc idi", - serialın yaradıcı Erik Kripke tviter hesabında yazıb.

Ölümün səbəbi dəqiqləşdirilməsə də, 2021-ci ildə Aykoks ona leykemiya diaqnozu qoyulduğunu açıqlayıb.