AĞIR İTKİ ÜZ VERDİ: məşhur aktyor VƏFAT ETDİ - FOTO

17.10.2022 12:15
4597
Vefat

"Çiçək Taksi" serialında canlandırdığı obrazla o dövrün ən məşhur adlarından biri olan Dəmiray Erül vəfat edib.

AZSABAH.COM bununla bağlı Türkiyə mediasına istinadla məlumat verir.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrları tərəfindən verilən açıqlamada "İBB Şəhər Teatrlarının dəyərli sənətçisi, teatr, kino və serial aktyoru Dəmiray Erülün itkisindən kədərlənirik. Ailəsinə, bütün yaxınlarına başsağlığı veririk, - deyə qeyd edilib.

Qeyd edək ki, aktyor "Doktorlar", "Cennet Mahallesi", "Kurtlar Vadisi" və "Çiçək Taksi" və s. kimi seriallarda rol alıb.

Erülün cənazəsi günorta namazından sonra Bodrum Ortakent qəbiristanlığında torpağa tapşırılacaq.

Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur aktyor vəfat etdi - FOTO