Ağır itki ÜZ VERDİ: məşhur sima VƏFAT ETDİ - FOTO

06.12.2022 15:32
4906
Tabut
Amerikalı aktrisa Kersti Elli (Kristie Alley) 71 yaşında vəfat edib.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun övladları sosial şəbəkədə məlumat yayıb. Aktrisanın xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Kersti Elli karyerasına 1980-ci illərdə başlayıb və ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1991-ci ildə “Şən dostlar” filmindəki roluna görə, “Ən yaxşı aktrisa” nominasiyasında “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.

Aktrisanın rol aldığı digər məşhur ekran işləri içərisində “İki: Mən və mənim kölgəm”, “Kim danışardı”, “Yoxsulluqda və sərvətdə” filmləri, həmçinin “Veronikanın salonu”, “Şimal və Cənub”, “Şimal və Cənub” kimi seriallar da var.