Ağır itki üz verdi: Asif Azərelli VƏFAT ETDİ - FOTO

04.09.2022 12:10
3336
Vefat
Azərbaycan Respublikasının Əməkdar rəssamı Asif Azərelli dünyasını dəyişib.

AZSABAH.COM-a bununla bağlı Rəssamlar İttifaqından məlumat verib.

Qeyd edək ki, Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonun Uğurbəyli kəndində anadan olub.

1980-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Vəfatınadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışıb.

A.Azərelli 2015-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Əsərləri (“Şuşa”, “Kəlbəcər”, “Qarabağlı qoca”, “Belə haqsızlıq olarmı?”, “Zəngilan toyu”, “Dədə Qorqud” və s.) Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Allah rəhmət eləsin!

Loading...