Ağdaşda ağır qəza: Ölən və yaralılar var - FOTO

20.01.2024 11:35
277
65ab77963c3c8202401243446

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azsabah.com-a bildirilib ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.