Ağcaqanadlar da koronavirusu İNSANLARA ÖTÜRÜR? - Mütəxəssislər ELAN ETDİ

27.06.2020 01:52
1757

“Koronavirus infeksiyasının ağcaqanadlar tərəfindən insanlara ötürülməsi mümkün deyil”. 

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, İtaliya Milli Sağlamlıq İnstitutunun  mütəxəssisləri bu qənaətə gəlib.

Tədqiqat zamanı alimlər həşəratın çəkdiyi yoluxmuş qanın tərkibindəki virusun daha çox genişlənməyə və ötürülməsinə qadir olmadığını müəyyənləşdiriblər.

Bundan əlavə, elm adamları Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinad edərək, qətiyyətlə bildiriblər ki, qan sovuran həşəratlar koronavirusun daşıyıcısı ola bilməzlər. Bu, yalnız adi ağcaqanadlara deyil, digər növdən olan ağcaqanadlara da aid edilib.

Loading...