Afət Fərmanqızından canlı yayımda ƏXLAQSIZ HƏRƏKƏT: 100 min əvəzinə...

Hazırda Rusiyada yaşayan müğənni Afət Fərmanqızı Tik-tok hesabının canlı yayımında təhqiramiz ifadələr işlədib.

Azsabah.com xəbər verir ki, müğənni açdığı canlı yayımda hazırda məhkəmə çəkişməsi olan Xalq artisti Flora Kərimovanı "işverən" adlandırıb. O,bildirib ki, Flora Kərimova ilə məhkəmə prosesi əvvəlcədən kimlərinsə sifarişi ilə hazırlanmış plandır.

"İşverənlər birləşib məndən pul qopartmaq istəyir.Özü də 100 min...Ala...(Red-müğənni canlı yayımda söyüşü ifadə edən hərəkət nümayiş etdirib)",deyərək müğənni bildirib.

Afət Fərmanqızı daha sonra bildirib ki,o gizli yolla avtomobili Azərbaycandan çıxarıb.Orada yoldaşımı şərləyib tutdurdular.Daha sonra məndən pul qopartmağa çalışdılar.Sifarişi kim verdiyini bilirəm.Onların pulu və adamı güclüdür.Mənə yalvarırdılar ki, bir dəfə məhkəməyə gedim.Amma getmədim.Çünki orada məni davaya salıb,həbs etmək istəyirdilər. Bunu mənə Floranın yaxın rəfiqəsi bildirdi.Onların acığına Azərbaycana gəldim,avtomobilimi gizli yolla götürüb çıxdım.Qaldılar yana-yana...."

Müğənni bildirib ki, hazırda Rusiyada qazancı çox yaxşıdır. "Burada məni şərləyənlər yoxdur.Qazancım da ordakından yaxşıdır.İldə bir ev almasam,yaşaya bilmərəm",-deyə müğənni bildirib.