ACI XƏBƏR GƏLDİ: hərbçimiz VƏFAT ETDİ

17.08.2022 19:42
3186
Dsx

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu avqustun 17-də DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

AZSABAH.COM-a bununla bağlı DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir", - məlumatda qeyd edilib.