ACI XƏBƏR GƏLDİ: hərbçilərimiz VƏFAT ETDİ

17.11.2022 20:44
6854
Herbci

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də həkimlərin səyinə baxmayaraq, kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu vəfat edib.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, noyabrın 17-də səhər saatlarında yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!