ACI XƏBƏR GƏLDİ: hərbçimiz HƏLAK OLDU

27.08.2022 10:10
4048
Mudafie nazirliyi

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

AZSABAH.COM-a Müdafiə Nazirliyindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!