ACI XƏBƏR GƏLDİ: Hərbçimiz faciəvi şəkildə VƏFAT ETDİ - FOTO

24.05.2023 10:40
6072
Herbcimiz
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

AZSABAH.COM xəbər verir ki, hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!