Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.
AZSABAH.COM bu barədə Türkiyə KİV-lərinə istinadla məlumat verir.
Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 11 hərbçi şəhid olub, 3 hərbçi xəsarət alıb.
Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.