ACI XƏBƏR GƏLDİ: 2 hərbçi ŞƏHİD OLDU

23.06.2022 10:55
263
photo_45203510

Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.