ABŞ qırıcıları İrana doğru HƏRƏKƏTƏ KEÇDİ

06.11.2022 15:39
6797
Qirici

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair son xəbərlərdən sonra ABŞ İrana döyüş təyyarələri göndərib.

AZSABAH.COM xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat yayıb.

Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edildikdə, ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılmasına qərar verilib.

Qəzetin yazdığına görə, təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın gücü və əhəmiyyətinin göstəricisi olub.(apa)