ABŞ prezidenti tərəfindən təltif edilən lənkəranlı qızın uğuru – FOTO

08.01.2024 09:14
319
659b84d36278e202401241459
ABŞ prezidenti tərəfindən təltif edilən Qərənfil Həsənovanı tanıyaq. 

Həsənova Qərənfil Vaqif qızı 1991-ci ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub.

Orta təhsilinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə, Veravul 2 nömrəli tam orta məktəbində, daha sonra Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub. 2007-ci ildə isə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib.

Q.Həsənova ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramını qazanaraq 2007-2008-ci tədris ilində Pensilvaniya ştatında “New Oxford High School”da XII sinifdə təhsil alıb və yaşadığı şəhərdə Azərbaycan mədəniyyətini tanıtdırdığına və könüllülük fəaliyyətinə görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən “Prezidentin fəxri döş nişanı” ilə təltif edilib.

2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (indiki UNEC) “Beynəlxalq Münasibətlər və İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb.2013-2015-ci illərdə isə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində “İctimai İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.Hazırda Amerikanın dünyaca tanınmış “Blackstone” şirkətində çalışır.Azərbaycan, ingilis, türk, rus və fransız dillərində sərbəst danışır.(Bizim Lənkəran)