Gərginlik PİK HƏDDƏ: Çin ABŞ-a qəti xəbərdarlıq etdi - Ordu hazır vəziyyətdə, ÇOX AĞIR NƏTİCƏLƏR OLACAQ

02.08.2022 23:28
2435

Çin Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Çinin xarici işlər nazirinin müavini Xie Fen ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnsə etiraz məktubu təqdim edib.

Buna səbəb Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəridir.

"Bu hərəkətlər son dərəcə pis xarakter daşıyırdı, nəticələri çox ağır olacaq. Çin heç bir halda biganə qalmayacaq", - nazir müavini deyib.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bildirilib ki, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir:

“Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq”.

Loading...