ABŞ-dan Ukrayna ilə bağlı ŞOK ÇAĞIRIŞ: DƏRHAL...

14.07.2022 23:15
251
photo_70933738

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarını təhlükəsizlik baxımından ölkəni tərk etməyə çağırıb.

AZSABAH.COM xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik nümayəndəliyin cümə axşamı yaydığı xəbərdarlıqda deyilir:

“ABŞ səfirliyi Amerika vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal tərk etməyə çağırır”.

ABŞ səfirliyi həmvətənlərini dəstə şəklində toplaşmağa qoşulmaqdan çəkinməyi xahiş edib.

Bildirişin başlığında Ukraynadakı raket təhlükəsinin olduğu bildirilir.