ABŞ-dan Rusiyaya ŞOK ZƏRBƏ - RƏSMƏN ELAN EDİLDİ

16.06.2022 23:59
307
photo_25549908

ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyada içkilərin, eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını dayandıracağını açıqlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Hazırda təmsilçinin Rusiyadakı bütün müştəriləri içki ehtiyatlarını bitirmək prosesindədir. Şirkətin ehtiyatları tükənəndən sonra “Coca-Cola” Rusiya Federasiyasında “Coca-Cola” içkisinin eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını tamamilə dayandıracaq”, - şirkətin məlumatında qeyd olunur.

Qeyd edək ki, “Coca-Cola”nın əsas rəqibi olan “PepsiCo” şirkəti də Rusiyada içkilərin satışını dayandırdığını açıqlayıb.//Oxu.az