ABŞ-dan Qarabağla bağlı SENSASİON AÇIQLAMA: Rusiyanın məqsədi odur ki...

08.04.2021 13:53
13678

Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.

AZSABAH.COM Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib:

“Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: “Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.

Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.

Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib.

Loading...