ABŞ-dan Ceyhun Bayramovla bağlı AÇIQLAMA: XİN başçısının bu addımı...

17.07.2022 09:08
389
photo_70474493

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbayacan və Ermənistan XİN başçılarının Tbilisdəki görüşünə münasibət bildirib. 

AZSABAH.COM-un məlumatına görə, Blinken bu barədə “Twitter“ hesabında paylaşım edib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdı. Birbaşa dialoq Azərbaycan və Ermənistan fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur", - deyə paylaşımda qeyd olunub.