ABŞ-da çox sayda azərbaycanlı koronavirusa yoluxdu - FOTO

13.05.2020 09:00
172

Azərbaycanın ABŞ-dakı səfirliyi fəaliyyətini xüsusi iş rejimdə davam etdirir. “Qaynar xətt” nömrələrinə daxil olan məlumatlara əsasən ABŞ-da yaşayan 17 azərbaycanlının koronavirusa yoluxduğu müəyyən edilib.

AzSABAH.COM xəbər verir ki, bu fikirləri “Report”un xüsusi müxbirinə açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə deyib.

Emil Muradzadə

Konsul bildirib ki, virusa yoluxan həmvətənlərimizin vəziyyəti yaxşıdır və onlar artıq xəstəxanalarda müalicələrini yekunlaşdıraraq evə buraxılıblar: “ABŞ tərəfindən ölkə ərazisində koronavirusa yoluxan vətəndaşlarımızın sayı barədə səfirliyə rəsmi məlumat təqdim edilməyib. “Qaynar xətt”ə daxil olan zənglərə əsasən virusa yoluxan 17 həmvətənimizin 16-ı sağalıb, 1 nəfər isə vəfat edib. Vəfat edən şəxs Nyu-York ştatında torpağa tapşırılıb”. 

E.Muradzadə mütəmadi olaraq səfirliyin və konsulluq şöbəsinin həmvətənlərimizlə əlaqədə olduğunu və onlara lazım olan bütün dəstəyi verdiyini bildirib: “Son vaxtlar “Qaynar xətt” nömrələrimizə daxil olan zənglər bir qədər səngisə də, müraciətlər yenə daxil olmaqdadır. Azərbaycandan daha çox övladları burada təhsil alan vətəndaşlar zəng edir, övladları ilə maraqlanırlar.

Digər tərəfdən ABŞ-dan ölkəmizə çarter reyslərin nə zaman təşkil olunacağı ilə bağlı xeyli müraciətlər alırıq və bu məsələnin həlli üzərində işləyirik. Bu günə qədər 200-dən çox vətəndaşımız internet vasitəsilə səfirliyin saytında müvafiq qaydada qeydiyyatdan keçib”.

Loading...

close
close