ABŞ bu halda Putinə sui-qəsd TƏŞKİL EDƏCƏK - Boltondan SENSASİYALI AÇIQLAMA

12.10.2022 18:34
5731
Putin

Rusiya mümkün nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın Putini hədəfə ala biləcəyi iddia olunur və İran İnqilab Keşikçiləri Korpusunun lideri Qasım Süleymani buna misal kimi göstərilir.

AZSABAH.COM Teleqraf.com-a istinadən xəbər verir ki, belə iddia ilə Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Britaniya mətbuatında çıxış edib.

Con Bolton Rusiyanın Ukraynaya müdaxiləsi zamanı nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın Vladimir Putinə sui-qəsd edə biləcəyi fikrini irəli sürüb.

Bolton deyib ki, Rusiya lideri bir gün hesab verəcək və o, bunu başa düşməlidir.