75 nəfərin FACİƏVİ şəkildə öldüyü DƏHŞƏTLİ qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

25.01.2024 19:31
557
65b28052bcef5202401243754

İnternetdə Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin uçuşunun son saniyələrini əks etdirən yeni görüntülər yayılıb.

Azsabah.com xəbər  verir  ki,görüntüləri REN TV yayımlayıb.

Kadrlarda təyyarənin enərək ağacların və evlərin arxasında gözdən itdiyi görünür.

Yanvarın 24-də Moskva vaxtı ilə saat 11:00 radələrində İl-76 hərbi təyyarəsi Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyi təyyarənin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindən atdığı zenit-raket kompleksləri ilə vurulduğunu iddia edir. Yanvarın 25-də məlum olub ki, Rusiyanın İl-76 hərbi təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı yerdə guya zenit idarəolunan raketin fraqmentləri aşkar edilib. Bu barədə əməliyyat xidmətinə məlumat verilib. 


Əvvəllər SBU İl-76 təyyarəsinin qəzaya uğramasından sonra cinayət işi açmışdı.