70 gündür axtarılan Rasim Xoşqədəmə sms yazıb?- "Anam necədir?"- ŞOK İDDİA

06.03.2024 23:30
714
65e8c479a4825202403243105

Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 12 yaşlı Rasim Xankişiyevin axtarışları davam edir.

Azsabah.com xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, gecə saat 2də Rasim adı ilə mənə yazıb:

"Salam Xoşqədəm xala necəsən? Anam necədir? Sizə yazan Rasimdir. Saat 4-də kimi o nömrəyə zəng etdim. Sonra telefonu götürən şəxs bildirdi ki, Rasimi Xudafərində narkotacilərin içərisində görmüşəm. İrandan gələn zənglər məni narahat etməyə başladı.Qaragüvəndikli kəndi İranla sərhəddə yerləşir. Həmin sərhəddə dəfələrlə əməliyyat keçirilib, saxlanılanlar var. 50 il əvvəl Qaragüvəndikli kənddində dəhşətli qətl hadisəsi baş verib. Həmin kanalın ətrafında qətlə yetirilən insanın qabırğalarını və əl-qolunu atıblar. 50 ildən sonra Rasimin paltarları səpələndi".