60 gündür ki, itkin düşən Rasimlə bağlı ŞOK İDDİA - "O, oğurluq hadisəsinin şahidi olub"

23.02.2024 22:58
1809
65d8eb1012119202402245928
60 gündür ki, itkin düşən Rasimlə bağlı ŞOK İDDİA - "O, oğurluq hadisəsinin şahidi olub"

Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin axtarışları davam edir.

Azsabah.com xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, dekabrın 25-i kənddən 3 camış və 1 inək oğurlanıb:

"Həmin günü Rasim sahəyə gedib və tez qayıdıb. Bir gün sonra isə Rasim yoxa çıxarılır. Ola bilsin ki, Rasim camışları və inəyi oğurlayan şəxsləri görüb. Onlar da Rasimi yoxa çıxarıblar".

Verilişə gələn şəxs bildirib ki, Rasim sağdır və onu görüb.