6 ildir ailə quran Nicat Rəhimov arzusunu açıqladı

12.01.2024 21:10
195
65a1721f26699202401240847

"Heç vaxt pis insan ola bilmərəm. Hər zaman çalışmışam hamıya yaxşılıq edim. İlk işim ofisiant köməkçisi olub. Bir günə qaldım, qab daşıyırdım. Hər yerim ağrıyırdı. Bir şirvan qazandım və gətirib anama verdim ki, oğlun pul qazanıb".

Azsabah.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov "Qapqara" yutub layihəsində deyib. Sənətçi övlad arzusundan danışıb:

"Çox şey gözləyirəm həyatdan. O hədiyyəni Allah mənə verəcək. Allah mənə övlad qismət etsin, edəcək. Mən ideal ata olacağam. Qızım da, oğlum da olsa, mən yaxşı ata olacağam. Allahımdan çox razıyam ki, mənə hər şey verib: yaxşı oğul, ailə başçısı, dostam. Yaxşı da ata olacağam".