Bakıda AĞIR QƏZA: Mərkəzi yol bağlandı, xəsarət alanlar var - FOTO

05.04.2024 08:29
1842
660f7e892292e202404243105

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Azsabah.com xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu", stansiyası istiqamətlərində sıxlıq yaranıb.


TƏBİB-dən bildirilib ki, aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.


Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


İki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzasında 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.


Faktla bağlı araşdırma aparılır.