Qazinin çənəsini qıran idmançıya BU CƏZA VERİLDİ

02.03.2024 12:38
358
65e2e5bf0723e202403243927
Binəqədi rayon məhkəməsində qazini döyərək çənəsini qırmaqda təqsirləndirilən Rəvan Nəbizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Azsabah.com xəbər verir ki, prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə, R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib. Baş verənlərlə bağlı məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildlrib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: "N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində R. Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb".

R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.