3 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

03.07.2020 12:09
244

Daxili İşlər Nazirliyi (DİN) Lerikdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AZSABAH.COM-a nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Loading...

close
close