25 yaşlı oğlan başından güllələndi - Azərbaycanda DƏHŞƏT

19.09.2020 10:45
919

Ağdaş rayonunda odlu silahla ölüm hadisəsi baş verib.

AZSABAH.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yenicə kəndindəki mal-qara fermasında baş verib. 

Ləki qəsəbə sakini, 1995-ci il təvəllüdlü Süleymanzadə Nicat Bahadur oğlu ov tüfəngindən açılan atəş nəticəsində başından güllə yarası alıb. 

O, hadisə yerində ölüb. N.Süleymanzadənin özünə qəsd etdiyi ehtimal olunur. 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Loading...

close
close