hebs

25 il sonra polis olub atasının qatilini GÖRÜN NECƏ ƏLƏ KEÇİRDİ - Film kimi hadisə / FOTO

05 Oktyabr 2024
450
Braziliyada film kimi hadisə yaşanıb.
Azsabah.com lent.az-a istinadən bildirir ki, Gislayne Silva de Deus9 yaşında ikən atası Givaldo 66 dollarlıq borca görə öldürülüb. Raimundo Gomes mübahisə zamanı Givaldonu başından vuraraq, hadisə yerindən qaçıb.
Onun haqqında həbs qərarı çıxarılsa da, Gomesi ələ keçirmək mümkün olmayıb.
Gislayne isə böyüyüb hüquq fakültəsini bitirəndən sonra polis olmağı və atasının qatilini tutmağı qarşısına məqsəd qoyur. Beləliklə 5 bacının böyüyü olan Gislayne cinayət-axtarış şöbəsinə işə düzəlir və qatil Raimundonu 25 il sonra Roraima əyalətində ələ keçirib.
Cinayətkar barəsində 25 il əvvəl verilən 12 illik azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün həbsxanaya göndərilib.
Gislayne isə bunu bacardığı üçün göz yaşlarına boğulub.