Ermənistanda son sutka ərzində koronavirusa daha 766 nəfər yoluxub, 10 nəfərsə ölüb.
AZSABAH.COM xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bununla da koronavirusa yoluxanların ümumi sayı 13 130 nəfərə yüksəlib.
Qeyd edək ki, indiyədək Ermənistanda koronavirusadan ümumi ölüm sayı isə 200-ə çatıb.